Onlar ya bataqlıqda ölür, ya da vəhşi heyvanların hücumuna məruz qalır – ƏTRAFLIbackend

Onlar ya bataqlıqda ölür, ya da vəhşi heyvanların hücumuna məruz qalır - ƏTRAFLI

ABŞ Mərkəzi Amerika ölkəsi Panama ilə ölkə ərazisindən qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün müqavilə imzalayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson verdiyi yazılı açıqlamada bildirib ki, yaşamaq icazəsi olmayanlar öz ölkələrinə qaytarılacaq: “Bu insanları mənşə ölkələrinə geri göndərməklə, bölgədə və cənub sərhədimizdə qeyri-qanuni miqrasiyanın qarşısını almağa kömək edəcəyik”.

Qeyri-müntəzəm miqrasiya axını cənub-qərbdə Kolumbiya sərhədində yerləşən Darien Gap vasitəsilə baş verir.

2023-cü ildə Darien Gapdan 520 mindən çox qeyri-qanuni immiqrant keçib.

Meşələr, bataqlıqlar və dağlarla örtülü vəhşi təbiəti mühafizə zonası olan Darien Gap immiqrantlar üçün çox təhlükəli marşrut kimi tanınır.

Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirən Panamerikan magistralının kəsişdiyi yeganə nöqtə meşə yollarıdır. Miqrantlar hər zaman bataqlıqda ölmək və vəhşi heyvanların hücumuna məruz qalmaq təhlükəsi ilə üz-üzə qalır.

Keçən il 520 mindən çox qeyri-qanuni mühacir, o cümlədən 120 mini uşaq, Mərkəzi Amerika ölkəsi Panamanın cənub-qərbində Kolumbiya sərhədində yerləşən 266 kilometrlik Darien Gapdan Meksikaya, sonra isə ABŞ-a keçid yolu kimi istifadə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*