Ötən gün səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB sədri Ramin Bayramlı “COVID-19” əleyhinə yenidən peyvənd olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, nazirə 28 gündən sonra “CoronaVac” vaksininin ikinci dozası vurulub.
Dünən həmçinin, TƏBİB sədri Ramin Bayramlıya da koronavirus əleyhinə vaksinin ikinci dozası tətbiq edilib. TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, vaksinasiya xəstəxanaların birində həyata keçirilib və R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.
Xatırladaq ki, hər iki səhiyyə rəsmisinə koronavirus əleyhinə peyvəndin ilk dozası yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurulmuşdu.
