Orta Asiyanın “ən pis” və “ən yaxşı” dövlətləri açıqlandı – SİYAHIbackend

Orta Asiyanın “ən pis” və “ən yaxşı” dövlətləri açıqlandı - SİYAHI

Tacikistan mobil internetin qiymətləri reytinqində “Orta Asiyanın ən pis dövləti” hesab edilib.

KONKRET.az xəbər verir ki, bu qənaətə Britaniyanın Broadband Genie xidmətinin analitiklərinin tərtib etdiyi yenilənmiş siyahıdan gəlmək olar.

Ümumilikdə ekspertlər 10 GB trafikə malik tarif planının orta qiymətini istinad vahidi kimi götürərək 179 ölkədə vəziyyəti araşdırıblar.

Tacikistan yekunda 163-cü yerdə qərarlaşıb. Respublika sakinləri tədqiqat standartlarına cavab verən mobil internetə təxminən 13,77 dollar xərcləyirlər. Layihə müəlliflərinin sözlərinə görə, ölkədə orta əmək haqqı 170 dollardır. Belə ki, Tacikistan vətəndaşları gəlirlərinin 8%-ni smartfonlar vasitəsilə internetə çıxışa xərcləyirlər.

Maraqlıdır ki, bu göstəricilərə görə Əfqanıstan Tacikistanı iki pillə olsa da, qabaqlayıb. Əfqanıstanda vətəndaşlar 200 dollar maaşla rabitəyə ayda 15,17 dollar, yəni maaşın 7,62%-i xərcləyir.

Keçmiş SSRİ-nin Orta Asiya respublikaları arasında reytinqdə ən yaxşı mövqeyə Özbəkistan sahiblənib – 43-cü yer. Orta əmək haqqı 364 dollar olan əhali 10 GB mobil internetə cəmi 4,36 dollar və ya maaşının 1,2%-ni xərcləyir.

Qazaxıstan siyahının 63-cü pilləsindədir: gəlir 583,6 dollar, rabitə xərcləri 9,79 dollar və ya 1,68%.

Qırğızıstan 90-cı olub: orta hesabla təxminən 313 dollar qazanan ölkə sakinləri 7,61 dollara internet əldə edir və bununla da gəlirlərinin 2,43%-ni bu ehtiyaclara xərcləyirlər.

Reytunq siyahısındas Türkmənistanla bağlı heç bir qeydə rast gəlinmir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Mənbə: https://www.broadbandgenie.co.uk/mobile-data-world-affordability

  • Garachanta
    Aprel 16, 2024 - 22:26

    Özbəkistan bütün sahələrdə çox SÜRƏTLƏ İNKİŞAF EDİR….SOSİAL RİFAH ELM TEXNOLOGİYA KƏND TƏSƏRRÜFATI…..jurnalistlərinizi 3 gün ezamiyyətə göndərin gedib görsünlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*