Oskanyandan xəbərdarlıq: “Ermənistan vassal dövlətə çevrilib, əgər Paşinyan getməsə…”backend

Oskanyandan xəbərdarlıq: "Ermənistan vassal dövlətə çevrilib, əgər Paşinyan getməsə..." 

“Paşinyan Ermənistanın ləyaqəti, təhlükəsizliyi və gələcəyi naminə istefa verməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.

“Onun hakimiyyəti dövründə Ermənistan ən sarsıdıcı məğlubiyyətə uğradı. Bu, ölkəni məhv olmaq həddinə çatdıran bir liderin hekayəsidir. Paşinyan ölkəni idarə etmək üçün bütün mənəvi və siyasi legitimliyini itirib. Ölkənin varlığı üçün isə onun dərhal uzaqlaşdırılması lazımdır. Onun təxribatçı ritorikası müttəfiqlərini özündən uzaqlaşdırdı. O, ləyaqətlə istefa vermək əvəzinə, məsuliyyətdən boyun qaçıraraq hakimiyyətdən yapışmağa başladı. Onun kabineti tamamilə öz uğursuzluqlarında əvvəlki hökumətləri, xarici müttəfiqləri və hətta erməni xalqını günahlandıraraq, rüsvayçı bir vəziyyət yaradıb. Paşinyanın dövründə Ermənistan vassal dövlətə çevrilib. Onun hakimiyyətdə qalması təkcə siyasi məsələ deyil, həm də milli fövqəladə haldır. Nikol hakimiyyətdə nə qədər çox qalsa, bir o qədər ziyan vurar. Ona görə də, hakimiyyətdən getməlidir”, – Oskanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*