Ovannisyan Azərbaycanın gücünü fövqəldövlətlərlə müqayisə etdibackend

Ovannisyan Azərbaycanın gücünü fövqəldövlətlərlə müqayisə etdi

Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai TV-nin efirində deyib.

Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib.

“On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub”, — A.Ovannisyan bildirib.

O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. O qeyd edib ki, ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur.

“Bu, yeni PUA-lar, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəsil müharibəsini görürük. Bütün mexanizmlər hər iki tərəfdən uyğun deyil, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət ayrılıb”, — deyə Ovannisyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*