KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu beynəlxalq seçki mətbuat mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, Özbəkistanda bütün Orta Asiya ölkələri arasında ən çox deputat və senator var. Belə ki, 100 nəfər Ali Məclisin (Senat) yuxarı palatasında, 150 nəfər isə aşağı palatasında (Qanunverici Palatada) yer alıb.
Bölgənin digər ölkələrinin parlamentləri Özbəkistanla müqayisədə “balacadırlar”. Qazaxıstanın iki palatalı parlamenti (Senat və Məclis) 154 nəfərdən, Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan, Qırğızıstanın birpalatalı parlamenti (Jogorku Kenesh) 120 deputatdan ibarətdir. Ən kiçik parlament Tacikistandadır: Milli Şura və Nümayəndələr Palatasından ibarət respublikanın ikipalatalı parlamentində 96 nəfər oturur.