backend

Özbəkistan rəsmi olaraq Skype-a giriş məhdudiyyətlərini aradan qaldırır

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Skype messenceri 2021-ci ilin iyulunda daxil edildiyi Fərdi Məlumat Reyestrindən çıxarılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Özbəkistanın İnformasiya Texnologiyaları və Kommunikasiyalarının İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, messencerin işinə qoyulan məhdudiyyətlərin ləğvi Skype ilə qarşılıqlı faydalı danışıqların nəticəsində reallaşıb. Təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, Skype “Fərdi məlumatlar haqqında” Qanunun 27-1-ci maddəsinin pozucusu kimi reyestrə daxil edilmişdi.

Hazırda nazirlik reyestrə daxil olan digər xidmətlərə çıxışın bərpası məsələsi üzərində işləyir. Bunlar Twitter, TikTok, VKontakte və WeChat-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*