Özündən 36 yaş kiçik gənci söyüşə görə bıçaqladı – Təfərrüatbackend

Özündən 36 yaş kiçik gənci söyüşə görə bıçaqladı - Təfərrüat

İmişli sakini evində bıçaqlanıb.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini Kamran Abas oğlu Abasov həmyerlisinin yaşadığı evə gedərək orada ev sahibi 26 yaşlı Seymur Umud oğlu Əhmədzadəni bıçaqlayıb.

Hadisə söyüş üstündə olub. Belə ki, bir müddət əvvəl 1999-cu il təvəllüdlü Seymur Əhmədzadə həmyerlisi, 1963-cü il təvəllüdlü Kamran Abasovu söyüb.

Hadisədən bir neçə gün sonra K.Abasov S.Əhmədzadənin yaşadığı evə gələrək, onu çölə çağırıb. S.Əhmədzadə isə evdən çıxmayıb. K.Abasov evə daxil olaraq S.Əhmədzadəni bıçaqlayıb, hadisə yerindən gedib .

Keçirilən əməliyyat tədbirləri nəticəsində K.Abasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*