Pakistanda “Omikron” ştamına ilk yoluxma qeydə alındıbackend

Pakistanda “Omikron” ştamına ilk yoluxma qeydə alındı

Pakistanda “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

Virus xaricdən gəlmiş xəstədə aşkarlanıb. Sind əyalətinin Səhiyyə Departamenti Karaçidə xəstəxanaya yerləşdirilmiş xəstənin mümkün təmasda olduğu şəxsləri araşdırır.

Pakistan hökuməti indi yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Mozambik Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omikron” hərfi ilə adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*