Partlayış baş verdi – 9 uşaq öldübackend

Partlayış baş verdi – 9 uşaq öldü

Əfqanıstanın Qəzni vilayətində mina partlaması nəticəsində 9 uşaq həlak olub.

KONKRET.az xəbər verir ki, Taliban rəhbərliyinin xəbər agentliyinə danışan “Baxtar Qazne” Mədəniyyət və İnformasiya müdiri Molla Hamidullah bildirib ki, vaxtilə Zedran kəndində basdırılmış minanın partlaması faciəyə səbəb olub.

Qeyd edək ki, 1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və o dövrdə dəstəklədiyi Əfqanıstan hökuməti, kənd yerlərində, üsyançılarla mübarizə məqsədilə külli miqdarda minalar yerləşdirmişdi. Zaman-zaman bu minalar bir çox uşağın ölməsinə və şikəst olmasına səbəb olub.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*