Paşinyan Arutyunyanla görüşdü – DETALLARbackend

Paşinyan Arutyunyanla görüşdü - DETALLAR

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qarabağ separatçılarına rəhbərlik edən Arayik Arutyunyanla görüşüb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, görüşdə Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışıb və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

O, Qarabağ məsələsinin Rusiya Prezidenti ilə danışıqların gündəliyində əsas yer tutduğunu bildirib.

Paşinyan Rusiya sülhməramlılarının bu gün təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas rol oynadıqlarını söyləyib. Rus kontingentinin fəaliyyətinin bundan sonra da eyni dərəcədə təsirli olacağına ümid etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*