“Paşinyan axmaq bəhanə ilə KTMT-ni məsuliyyətdən AZAD ETDİ” – Zurabyanbackend

"Paşinyan axmaq bəhanə ilə KTMT-ni məsuliyyətdən AZAD ETDİ" - Zurabyan

“Paşinyan yenə də milli təhlükəsizliyimizə böyük zərbə vurur”.

KONKRET.az xəbər verir ki, bu barədə Erməni parlamentinin sədr müavini Levon Zurabyan (Ter-Petrosyan tərəfdarı – red.) Facebook səhifəsində yazıb.

“Nikol Paşinyan KTMT-nin Ermənistana yardımla bağlı qərarını “mətndə Azərbaycanın hərəkətlərinə siyasi qiymət verilmədiyi” əsası ilə imzalamayıb.

Bu əsaslandırmadan belə çıxır ki, Nikol Paşinyan təklif olunan yardım tədbirləri ilə deyil, siyasi qiymət verilməməsi ilə kifayətlənib.

Nə baş verir? Ermənistana Azərbaycanın qarşısını almağa və ya dayandırmağa qadir tədbirlər təklif edilirdi. Bəs niyə İrəvan axmaq bir bəhanə gətirərək öz əlləri ilə onları həyata keçirməkdən imtina etdi və bununla da KTMT-ni “təcavüz”ün dəf edilməsinə görə məsuliyyətdən azad etdi. Bu halda, biz artıq bu orqanlar üçün adi hal olan uşaq davası ilə məşğul oluruq.

Əgər təklif olunan tədbirlərin siyahısı Ermənistanın milli təhlükəsizliyi maraqlarından irəli gəlmirdisə, o zaman Paşinyan bunu deməli idi. Və bu əsasda təklif olunan sənədi rədd edərək, digər KTMT ölkələrini kollektiv səylərdən istifadə etməməkdə ittiham etməli idi.

Bu edilmədiyinə görə, biz artıq Ermənistanın milli maraqlarına qəsd etmək və onların günahını gizlətmək üçün başqa dövlətlərlə əməkdaşlıq etmək kimi cinayətkar məqsədlə məşğuluq.

Paşinyanın əməlləri bir daha milli təhlükəsizliyimizə böyük zərbə vurur. Xalqımızın taleyinin beyni məhdud, motivasiyası azmış adamların əlində olduğunu demək olar”, – deyə Zurabyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*