İrəvan razılaşdırılmış maddələr əsasında Azərbaycanla sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında bildirib.
Bundan əvvəl Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətninin 80%-i üzrə razılığa gəldiyini, İrəvana onu imzalamağı və diplomatik münasibətlər qurmağı təklif etdiyini bildirmişdi.
“Təxminən iki il davam edən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə təxminən 80% razılığa gələ bildilər. Biz təklif etdik ki, Azərbaycan yaxın gələcəkdə razılaşdırılmış müddəaları imzalasın, diplomatik əlaqələr qursun və davam etsin. Sonra isə qarşılıqlı əhəmiyyət kəsb edən bütün məsələlər üzrə danışıqlar aparılsın”, – Ermənistanın baş naziri daha sonra bildirib.
Günel Mikayılova,
KONKRET.az