Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad edildiyini AÇIQLADIbackend

Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad edildiyini AÇIQLADI

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır.

KONKRET.az  bu barədə “Sputnik”ə istinadən xəbər verir.

Məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan hökumətinin saytında yayımlanan bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*