Məndə olan məlumata görə, Mənim Addımım Blokundan olan bəzi deputatlar Baş Qərargahı Müdafiə Nazirliyinə birləşdirmək üçün Konstitusiya dəyişikliklərinə hazırlıq görürlər.
KONKRET.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.
“Mən Konstitusiyaya baxdım və gördüm ki, onlar bu dəyişikliyi parlamentdə referendum olmadan edə bilməzlər. Bu da hökumət üçün problemdir”, – deyə o bildirib.
Xatırladaq ki, Baş Qərargahın Nikol Paşinyanın istefasını tələb edən bəyanatı ölkədəki siyasi gərginliyi pik həddə çatdırıb./axar.az/
