Paşinyan: “Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”backend

Paşinyan: "Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb"

“Madrid prinsiplərini” qəbul edən Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Nikol Paşinyan Ermənistan parlamentində “hökumət saatı”nda deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qarabağ məsələsi üçün əsas kimi qəbul edilən “Madrid prinsipləri”nin hərəkət və qərarlarını öhdəsindən gələ biləcəyinə şübhə edir.

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bu, Vardan Oskanyan və onun lideri Robert Koçaryanın müəllifliyi ilə həyata keçirilib. Ermənistan danışıqlar üçün əsas kimi “Madrid “prinsipləri”ni qəbul etdiyi kimi, bu andan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, 2007-ci ildə baş verib”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan indiyədək “Oskanyanın hərəkətləri və lider Köçaryanın qərarlarının öhdəsindən gələ bilməyib”.

“Və, bəlkə də, heç vaxt bunun öhdəsindən gələ bilməyəcək. İndi biz yalnız nəticələri idarə etməyə çalışırıq. Biz bu qərarları geri qaytara bilmədik və çətin ki, uğur qazanaq”, – deyə Paşinyan bildirib.

O, regionda yekun sülhün bərqərar olması yolu ilə getmək niyyətində olduğunu açıqlayıb.

“Mən indi gedirəm və sülh gündəminin, son sülhün yolu ilə gedəcəyəm. Amma əvvəlki hakimiyyətlərdən fərqli olaraq mən getdiyim yolu görürəm, ən vacibi budur. Mən parlament çoxluğunun, xalqımızın sülh gündəminə əməl etmək niyyətində dəstəyinə ümid edirəm”, – deyə Paşinyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*