Paşinyan hakimiyyətdən getsə, Ermənistan  daha ağır duruma düşəcək – AÇIQLAMAbackend

Paşinyan hakimiyyətdən getsə, Ermənistan daha ağır duruma düşəcək – AÇIQLAMA 

Vətən müharibəsində məğlub olan Ermənistanda etirazların və iğtişaşların ardı-arası kəsilmir.

Bu günlərdə Daşnaksutyun partiyasının Ali Orqanının Ermənistan üzrə nümayəndəsi, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spiker İşxan Saqatelyan İrəvanın Fransa meydanında mətbuat konfransı keçirib. Saqatelyan mətbuat konfransında Paşinyanın hakimiyyətdən getməyə hazırlaşdığını bəyan edib.

Bəs görəsən, Paşinyan həqiqətən də hakimiyyətdən gedə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb. O bildirib ki, müxalifət hakimiyyətə gəlmək üçün müxtəlif üsullara əl atır:

“2020-ci il 10 noyabr tarixdə Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra ölkədə daxili ictimai-siyasi vəziyyətin gərginləşəcəyi gözlənilən idi. İndi bu gərginliyi müşahidə edirik. Ermənistanda suların tezliklə durulacağını gözləmək də sadəlövhlük olardı. Yüz illərdir sıravi ermənilərin şüuraltına pərçimlədikləri miflər dağılır, erməni yalanları bütün çılpaqlığı ilə ifşa olunur və olunacaq. Belə bir durumda bulanıq suda balıq tutmaq istəyənlər də küçələrə tökülür. Dava nə Qarabağda yaşayan ermənilər, nə də Ermənistan davası deyil. Dava hakimiyyət davasıdır”.

Politoloq bildirib ki, Saqatelyanın söylədikləri, erməni ictimai rəyini çaşdırmaq cəhdindən başqa bir şey deyil:

Vətən müharibəsindən sonra Cənubi Qafqazda təsir dairəsini itirən region və regiondan kənar qüvvələr vəziyyəti qismən xilas etməyə cəhd edir. Aksiyaların “Fransa” meydanında keçirilməsi də təsadüfi deyil. Bu günlərdə İrəvanda etiraz aksiyalarına öncüllük edən Daşnaksutyun partiyası bütün tarixi boyu xarici güclərin maşası rolunda çıxış edib və bu gündə ənənəsinə sadiqdir. Saqatelyanın Ermənistan baş nazirinin guya istefaya hazırlaşdığı barədə söylədikləri, erməni ictimai rəyini çaşdırmaq cəhdindən başqa bir şey deyil. Ermənistanda ağlı başında olan insanların da bu aksiyalara dəstək verməyəcəyi qənaətindəyəm. Erməni xalqı bilməlidir ki, Paşinyan hakimiyyətdən getsə ölkələri daha çətin, daha ağır duruma düşəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*