Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvü Naira Zohrabyan baş nazir Nikol Paşinyanın ünvanına yeni ittihamlar səsləndirib.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat Ermənistandakı inqilabdan sonra Qərb ölkələrinin agentura şəbəkəsinin aktivləşdiyini bəyan edib.
“Paşinyan hakimiyyətə gələndən sonra Qərb agenturası gücləndi. Yerli “şpionlar” da onlara qoşulub”, – deyə N.Zohrabyan söyləyib.
