Paşinyan hökumət binasından çıxmağa məcbur oldu – 51 nəfər saxlanıldı – VİDEObackend

Paşinyan hökumət binasından çıxmağa məcbur oldu - 51 nəfər saxlanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanda hökumət binasının qarşısında müxalifətin genişmiqyaslı aksiyası keçirilib.

KONKRET.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, uzun müddət davam edən aksiyalar zamanı hökumət binasında olan Ermənistan baş naziri Nikol Paşinyan aksiyanın bitməsini gözləmədən mühasirəni yararaq ərazini tərk etməyə məcbur olub.

Mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə binadan çıxan Paşinyan etirazçıların “Nikol, sən satqınsan!” şüarları ilə qarşılaşıb. O, şüarlara və təhqirlərə reaksiya vermədən oradan uzaqlaşıb.

Aksiyaçıların həbsi prosesi davam edir. Ermənistan Polisi saxlanılanların sayının 51 nəfərə çatdığını etiraf edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*