Paşinyan naziri məcburi məzuniyyətə göndərdibackend

Paşinyan naziri məcburi məzuniyyətə göndərdi

Martın 29-dan aprelin 2-dək Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın vəzifəsini onun müavini Vaçe Terteryan icra edəcək.

KONKRET.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Ermənistan mediası qeyd edir ki, hakim partiyanın “Vətəndaş müqaviləsi” adlanacaq seçki qərargahına məhz Papikyan rəhbərlik edəcək.

Bu səbəbdən Baş nazir Nikol Paşinyanın Suren Papikyanı qısamüddətli məzuniyyətə göndərdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*