Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın rəsmən istefaya göndərildiyini açıqlayıb.
KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu posta sabiq Baş Qərargah rəisi Artak Davtyanı təyin etmək istəyir.
Artak Davtyan Paşinyanın istefasını tələb etməyən azsaylı generallardan biri sayılır. Davtyan 1 il əvvəl, pandemiyanın xüsusilə geniş yayılmış vaxtı oğluna təntənəli toy mərasimi keçirdiyi üçün vəzifəsindən azad edilmişdi./modern.az/

