“Paşinyan ordunu məhv etdi” – Erməni nəşribackend

“Paşinyan ordunu məhv etdi” – Erməni nəşri

“Məlum oldu ki, “məxməri inqilab” lk növbədə orduya təsir edib. Nikol Paşinyan və onun hökuməti onilliklər boyu ən yaxşı ermənilərin canı və fədakarlığı bahasına formalaşmış ordumuzu məhv etdilər. Proses hələ də davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan populyar “Fakt” nəşri yazır.

Həmin məqaləni ixtisarla təqdim edirik:

Şərti olaraq, ordunun dağılmasının “ilk qaranquşu” kimi sülhməramlı batalyonun bir hissəsinin əsgərlərinin “məxməri inqilabçı” iğtişaşlara qoşulmasını hesab etmək olar. Bu, hərbçilərin siyasi proseslərdə bilavasitə iştirakının təzahürü idi, ciddi xidməti və intizam pozuntusu idi, məlum olduğu kimi, buna görə heç bir cəza və ya məsuliyyətə cəlb olunma faktı olmadı.

Daha sonra cənubda yerləşən hərbi hissələrin birində növbəti biabırçı hadisə qeydə alındı. Bu, orduda nizam-intizamın pozulduğu ilk həyəcan siqnallarından biri idi. Bu arada nizam-intizam ordu üçün təməl daşıdır. Ancaq görünən odur ki, təməl daşını da parça-parça etdilər.

Nikol Paşinyan hakimiyyətə gələrək ordunun, iri ordu hissələrinin rəhbərlərini və komandirlərini sürətlə dəyişməyə başladı. Təkcə onu demək kifayətdir ki, 2018-2020-ci illərdə Ermənistan Ordusunun ən döyüşkən strukturu Qarabağ Müdafiə Ordusunda 3 komandir dəyişib. Levon Mnatsakanyan Paşinyanın istəyi ilə 2018-ci ilin dekabrında istefaya göndərilib, onu əvəz edən Karen Abramyan 1 il xidmət edib, bundan sonra Calal Arutyunyan 2020-ci ilin fevralında Silahlı Qüvvələrin komandanı təyin edilib. Bilirsiniz, hər hansı bir sistemin zəifləməsini və çürüməsini istəyirsinizsə, onun liderlərini mümkün qədər tez-tez dəyişdirməlisiniz. Üstəlik, orduda belə dəyişikliklər heç vaxt və heç bir halda müsbət nəyəsə gətirib çıxara bilməz. Deyilənlərin ən bariz sübutu isə hamımıza məlum olan nəticələrdir. Fərdi döyüş hissələrinin komandirlərinin də tez-tez dəyişdirildiyini nəzərə alsaq, mənzərə tam aydın olur.

Bunun ordu ilə heç bir əlaqəsi yoxdur, amma milli təhlükəsizlik sistemində də eyni şey edilib. Təəssüf ki, bunu yalnız bəla bahasına başa gələn “təcrübə” adlandırmaq olar. Bəlkə kimsə buna “islahat” deyəcək, amma bizcə, “demontaj” daha məqsədəuyğundur.

Nikol Paşinyan hakimiyyətə gələn kimi məşhur simaların və Qarabağın azadlıq mübarizəsinin qəhrəmanlarının hədəf almağa və onları təqib etməyə başladı. Əgər əvvəllər bu, yalnız onun ailə qəzetinin səhifələrində özünü büruzə verirdisə, 2018-ci ildən başlayaraq bu qəddar əks-təbliğat sistemli dövlət siyasəti şəklini aldı. Üstəlik, Paşinyan təbliğat hiylələri ilə ictimai şüurda ordunun talan edildiyi, əsgərlərin cırıq paltarda olduğu imicini formalaşdırdı.

Əvəzində Paşinyan ordu yeməkxanalarına “kotlet və klubnik” idxalçısı kimi “ad çıxarmağa” başladı. Camaatın bir hissəsi hərbi yeməkxananın menyusuna bənzəyirdi, bunun “kamuflyaj restoranı” deyil, ordu olduğunu dərk etmirdi.

Ordu Nikol Paşinyan üçün əlverişli “günah keçisi” oldu. Uğursuzluqlara, biabırçı məğlubiyyətlərə görə ordunu xəyanətdə, ya da “kütləvi fərarilik”də də o, ittiham etdi. Ordu elə vəziyyətə salındı ki, ölkəmizə daxil olan düşmənə birbaşa atəş açmaq qadağan edildi. Biabırçılıq o həddə çatdı ki, onlar düşmən qarşısında yazıq davranışı ilə düşmənə atəş açan əsgərin məsələsini araşdıracaqlarını və buna görə cəzasını verəcəklərini bəyan etdilər. Əvvəlki bütün hakimiyyətlər hər şeyə rəğmən, ordu quruculuğunu daim diqqət mərkəzində saxlayırdılarsa, Paşinyan hökuməti ordunun darmadağın edilməsinə köklənib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*