Qarabağda ermənilər yaşamırdı, onlar sadəcə bu region bəhanəsi ilə Ermənistanda hakimiyyəti əldə saxlamaq istəyən Köçəryan-Serj klanının girovları idilər.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan regionlara təşviqat səfəri zamanı vətəndaşlarla söhbətində səsləndirib.
“Qarabağ xalqı indi Ermənistanda yaşayacaq, burada onların evi, sülhü, işi və sosial təminatları olacaq. Bu gün Ermənistanın beynəlxalq arenada nüfuzu tarixin heç bir dövründə olmadığı qədər yüksəkdir. Bizi “Qarabağ hərəkatı” ilə tələyə salmışdılar ki, bu bəhanə ilə pensiya və maaşları artırmasınlar, əsgərləri qarət etsinlər”, — deyə Paşinyan bildirib.
Ağagül Mürsəlov,
KONKRET.az
