“Paşinyan Soçiyə ordunun yüksək rütbəli hərbçilərini həbs etməklə gedib” – İLGİNC AÇIQLAMAbackend

"Paşinyan Soçiyə ordunun yüksək rütbəli hərbçilərini həbs etməklə gedib" - İLGİNC AÇIQLAMA

Bütün Azərbaycan və Ermənistanın gözü Soçi görüşünə yönəlib. Görüş öncəsi çox maraqlı olaylar baş verib. Ermənistan ordusu döyüş vəziyyətinə gətirilib və Kəlbəcərlə sərhəddə – Göyçə ərazisində Rusiya – Ermənistan birgə təlimləri baş tutub. 16 noyabr proseslərinə görə ittiham olunan (fərarilik edərək postu qoyub qaçıb) sərhəddə xidmət edən batalyon komandiri həbsə atılıb. Maraqlıdır ki, məhz Paşinyan Soçiyə ordusunun yüksək rütbəli hərbçilərini həbs etməklə əlidolu gedib”.

Bu barədə KONKRET.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. O bildirib ki, ordunun mühüm bir hissəsini həbsə məhkum edən baş nazir həm də hesab edir ki, digər şəxslərin əsir düşməməsi üçün həbs qətiimkan tədbirindən özgə yol qalmayıb.

Əziz Əlibəyli mətbuat katibi təyin edildi

Bəs Ermənistan ordusunun bir nömrəli döyüş vəziyyətinə gətirilməsi nədən xəbər verir?

1. İmkan olarsa, hələ də zəif qatıldığı görüşün əhəmiyyətini azaltsın;

2. Prezident Əliyev qarşısında çıxılmaz vəziyyətə düşərkən, məsuliyyəti ordunun üzərinə atsın;

3.Rusiyanı təlimlərə cəlb etməklə onu oyunun bir hissinə çevirə bilsin;

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*