“Paşinyan sözünü tutmadı” – Aronyan Ermənistanı TƏRK EDİRbackend

"Paşinyan sözünü tutmadı" - Aronyan Ermənistanı TƏRK EDİR

Ermənistanın tanınmış şahmatçısı Levon Aronyan yenidən ölkəsini tərk edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə 39 yaşlı qrossmeyster öz feysbuk səhifəsində məlumat verib.

O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb:

“Ötən il hamımız üçün çox çətin keçdi:pandemiya, müharibə, şəxsi həyatımdakı faciə və dövlətin erməni şahmatına qarşı laqeydliyi. Verilən sözlərin yerinə yetirilməsi üçün 1 ildən çox gözlədim. Sonda çətin qərar verməli və doğma ölkəmi tərk etməli olduğumu anladım. İstənilən dəyişikliyi gözləmək idman karyeram baxımından vaxt itkisidir. Ailəm, xüsusən anam məni şahmatçı etmək üçün çox qurban verdi. Bunu qiymətləndirirəm və şanslarımdan maksimum istifadə etməliyəm”.

Dəfələrlə maraqlı təkliflər aldığını deyən şahmatçı ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini vurğulayıb:

“Əminəm ki, zaman keçdikcə şahmat Ermənistanda öz statusunu bərpa edəcək. Şahmat məktəblərini bağlamaq əvəzinə bu idman növünə hörməti yenidən görəcəyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*