“Paşinyan, Şuşa kimindir?”- Lia Sarkisyanbackend

"Paşinyan, Şuşa kimindir?"- Lia Sarkisyan

Yanvarın 20-də Ermənistan parlamentindəki hökumət saatında müxalifətçi millət vəkili Naira Zohrabyanın sualını cavablandırarkən Paşinyan demişdi ki, “Şuşa azərbaycanlılardan azad olunmamışdan əvvəl yerli sakinlərin 90%-i və ya daha çoxu azərbaycanlılar idi. İndi demək istəyirsən kiəhalisinin 90 faizi azərbaycanlılar olan Şuşa erməni şəhəridir?“.

Sonradan bu fikir Ermənistanı əməlli-başlı çalxalamışdı. Müzakirələr və Paşinyana yönəlik ittihamlar bu gün də davam edir.

KONKRET.az “Panorama.am”a istinadən xəbər verir ki, ötən gün  “Yerablur”un əməkdaşı Lia Sarkisyan Paşinyandan Şuşanı azərbaycanlıların hesab edib-etmədiyini örənməyə çalışıb. Lakin jurnalistin sualı Paşinyanı əsəbiləşdirib. Jurnalist Şuşa ilə bağlı sualı bir neçə dəfə təkrarlayıb. Sualına cavab almayan jurnalist bu gün sualı kağız üzərinə yazaraq hökumət binası önünə gəlib. Lia Sarkisyan jurnalistlərə verdiyi müsahibədə sualına cavab gözləyəcəyini qeyd edib: “Gözləyəcəyik və cavabın nə vaxt olacağını görəcəyik. Burada afişada mən də iki variant qeyd etmişəm: bunlardan birinə görə Şuşa ermənilərindir, digərinə görə azərbaycanlıların. Paşinyan təklif olunan iki variantdan birini seçib işarələyə bilər”.

KONKRET.az

  • Zamina Elturan
    Yanvar 29, 2021 - 18:47

    Yazanda düz yazın.””Yerablur” jurnalistin əməkdaşı” nə demək?Bu nə kobud səhvdi!!!

    • Əli Xan
      Yanvar 31, 2021 - 06:02

      Bəlkə siz daha düzgün və diqqətlə oxuyasız..

  • Fətəliyev Rafael
    Yanvar 30, 2021 - 08:59

    Bütün Qarabağ torpağı qədim Azərbaycan torpağıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*