Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarlarının qarşısına çıxıb.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan hərbi çevrilişə cəhdlə vəziyyəti nəzarətə aldıqlarını bəyan edib. Ermənistan baş naziri bildirib ki, ordu ona tabe olur.
Qeyd edək ki, Nikol Paşinyan yerli vaxtla 16:00-da meydana gələcəyini desə də, daha tez gəlib.
