Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının funksioneri Naira Zohrabyan Paşinyan hakimiyyətinin ünvanına növbəti sərt tənqidlər edib.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Zöhrabyan Paşinyanın ölkəni Türkiyəyə verməyə hazırlaşdığını iddia edib.
“Paşinyan hakimiyyəti erməni toplumunu ölkənin Türkiyəyə verilməsinə hazırlaşdırır. Bununla bağlı məqsədyönlü siyasət aparılır”, – deyə deputat bəyan edib./unikal.org/
