Paşinyan və tərəfdarları yürüş keçirir, müxalifət yolları bağlayır – CANLIbackend

Paşinyan və tərəfdarları yürüş keçirir, müxalifət yolları bağlayır - CANLI

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda tərəfdarları ilə birgə yürüş keçirir.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbi çevriliş cəhdinə qarşı xalqı küçələrə çağıran Paşinyan yürüşə başlayıb. Oğlu da Nikol Paşinyanla birlikdə yürüşdə iştirak edir.

Hakim “Mənim addımım” blokundan olan deputatlar və digər dövlət rəsmiləri də yürüşə qatılıb.

Hazırda Paşinyanın əleyhdarları da küçələrdədir və ona qarşı şüarlar səsləndirirlər. Etirazçılar yürüş iştirakçılarının hərəkət etdiyi yolları bağlamağa çalışırlar.

“Ruptly” yürüşdən canlı yayım edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*