Paşinyana qarşı çıxan daha bir mer HƏBS EDİLDİbackend

Paşinyana qarşı çıxan daha bir mer HƏBS EDİLDİ

Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Armen Melkonyan iyulun 16-da jurnalistlərə bildirib.

Məlumata görə, Aruşanyana qarşı 5 maddə üzrə ittiham irəli sürülüb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, dövlətə və ya ayrı-ayrı şəxslərə, yaxud təşkilatlara iri məbləğdə ziyan vurmaqda, uyğun layihələrdən yayınmaqda, insan sağlamlığına zərər vumaqda, ətraf mühiti çirkləndirməkdə, faydalı qazıntı yataqlarını qanunsuz istismar etməkdə və s. ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*