Paşinyandan hakimiyyətdən getməsi tələbinə REAKSİYAbackend

Paşinyandan hakimiyyətdən getməsi tələbinə REAKSİYA

Ermənistan Baş naziri Nikol Paşinyan onun hakimiyyətdən gedişinə yalnız xalqın qərar verməli olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, hökumət rəhbəri bu barədə tərəfdarları ilə birlikdə keçirdiyi yürüşdə bildirib.

Paşinyan həmçinin orduya müraciət edərək onun əmrlərini yerinə yetirməsini tələb edib.

“Bütün əsgərlərə, zabitlərə, generallara əmrim odur ki, öz işinizlə, Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaqla məşğul olun. Bu, mənim əmrimdir və heç kim onu ​​poza bilməz”,- deyə bildirən Paşinyan ordunun siyasi proseslərdə iştirak edə bilməyəcəyini və seçilmiş orqanlara tabe olmalı olduğunu deyib.

  • Nailə Yusifova
    Fevral 27, 2021 - 09:34

    Möhtərəm Prezidentimizə min alqış, bizi qalib ölkə elan etdi. Onun siyasi mədəniyyəti, professionallığı millətimiz və ölkəmiz üçün baş ucalığı, fəxrdir. Allah onu qoruduqca qorusun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*