Paşinyandan Zəngəzurla bağlı AÇIQLAMA: “Blokada yoxdur”backend

Paşinyandan Zəngəzurla bağlı AÇIQLAMA: “Blokada yoxdur”

Hökumətin iclasında Nikol Paşinyan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyandan Sünikdə (Zəngəzurda) alternativ yolların tikintisi ilə bağlı məlumat verməyi istəyib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Qnel Sanosyan bu istiqamətlərdə yeddi yolun olduğunu deyib. , Onlardan birinin tam hazır olan Tatev-Aqvani yolu olduğunu baş nazirin diqqətinə çatdırıb.

Nikol Paşinyan isə heç bir yaşayış məntəqəsinin  ümumi blokadada olmadığını diqqətə çatdırıb. Sanosyan isə əsas çətinliyin Çakatendən cənubda yerləşən kəndlərlə bağlı olduğunu deyib. Lakin bu kəndlərlə əlaqələrin yaxın zamanda bərpa ediləcəyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*