Paşinyanın beş dəfə başı qoparılan heykəlinə kameralar quraşdırıldı – “Hraparak”backend

Paşinyanın beş dəfə başı qoparılan heykəlinə kameralar quraşdırıldı - “Hraparak

“Nikol Paşinyanın heykəlinə kameralar quraşdırılıb”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Ötən gün xəbər vermişdik ki, bir neçə ay əvvəl İcevan-Noyemberyan avtomobil yolundan daha təhlükəsiz yerə – yerli kilsənin həyətinə köçürülən Nikol Paşinyanın heykəlinin başını 5-ci dəfə sındırıblar.

Yerli hakimiyyət orqanları və iş adamları artıq bu heykəlin təmirində ixtisaslaşıblar. Dünən səhər tezdən hər şey bərpa edilib. Hər dəfə Nikol Paşinyanın heykəli sındırılanda elə sürətlə təmir olunur ki, sanki erməni millətinin taleyi ondan asılıdır.

Mənbəmizin sözlərinə görə, vandalların bunu bir daha təkrarlamaması üçün heykəlin yanında bir neçə kamera quraşdırılıb”, – “Hraparak” qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*