Paşinyanın çıxışı zamanı Putin və iştirakçılar YUXUYA GETDİ – FOTO/VİDEObackend

Paşinyanın çıxışı zamanı Putin və iştirakçılar YUXUYA GETDİ - FOTO/VİDEO

Vladivostokda keçirilən Şərq İqtisadi Forumu zamanı maraqlı hadisələr yaşanıb. 

KONKRET.az xəbər verir ki, forumda Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib. Onun çıxışı zamanı Putin başda olmaqla iştirakçıların bəziləri yuxuya gedib.

Erməni mediası baş nazirin çıxışına bu cür “diqqəti” nəzərdən qaçırmayıb. Onlar müxtəlif başlıqlar altında forumdan həmin anların videosunu yayımlayıblar.

“Nikol Paşinyanın füsunkar çıxışı Şərq İqtisadi Forumunun iştirakçılarını sözün əsl mənasında heyrətləndirib. Hamı yuxudadır”,- deyə erməni nəşri yazıb.

Daha bir erməni nəşri: “Vladivostokda keçirilən Şərq İqtisadi Forumu zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə rus dili “biliyini” nümayiş etdirib” başlığı ilə yazı dərc edib.

Onlar qeyd ediblər ki, rus dilində danışmaq ilkin şərt deyildi və Paşinyan da digər iştirakçılar kimi tərcüməçinin köməyinə müraciət edə bilərdi.

Paşinyanın çıxışı, görünür, orada olanlar üçün çox maraqsız olub, onların çoxu əsnəyib və mürgüləyib.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*