“Bu gün yürüşlər keçirib bütün aksiyaları dayandırırıq və seçkilərlə bağlı konsultasiya üçün müxalifətlə danışıqlar masasına otururuq”.
KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
O, korrupsionerlərin hakimiyyətə bir daha qayıtmayacağını söz verib.
Paşinyanın bu çağırışına isə Ermənistan müxalifətinin Baş Nazir postuna vahid namizədi Vazgen Manukyandan cavab gecikməyib.
“Biz Paşinyanı xain və düşmən sayırıq. Biz onunla yalnız onun hakimiyyəti necə tərk edəcəyini müzakirə edə bilərik” – Manukyan bildirib.
Müxalifət lideri tərəfdarlarını parlament ətrafında barrikadalar qurmağa çağırıb.
