Paşinyanın əleyhdarları yenidən İrəvan küçələrinə çıxacaqbackend

Paşinyanın əleyhdarları yenidən İrəvan küçələrinə çıxacaq

Ermənistan müxalifətinin “Vətənin Qurtuluşu” hərəkatı bu gün yerli vaxtla saat 16:00-da İrəvanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.

“Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür.

Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, – İşxan Saqatelyan deyib.

Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*