Paşinyanın kadrı: “II Qarabağ savaşına hazır deyildik”backend

Paşinyanın kadrı: "II Qarabağ savaşına hazır deyildik"

II Qarabağ müharibəsində məğlubiyyətin səbəbi erməni tərəfinin hazırlıqlı olmamasıydı.

KONKRET.az xəbər verir ki, bunu Yerkrapa Könüllülər İttifaqının rəhbəri Sasun Mikayelyan söyləyib. Cəbrayıldakı döyüşlərdən bəhs edən Mikayelyan erməni ordusunun lazım olan səngərlərinin, texnikasının olmadığını bildirib. O, müharibəyə qədər ki dövrdə mövcud problemlər barədə baş nazirə məlumat verdiyini söyləyib:

“Erməni ordusu 21-ci əsrin ordusu deyildi. Ermənistan ordusu müharibəyə hazırlaşmalıydı. Əgər Azərbaycan bu dövrlər ərzində 7-10 milyard dollarlıq silah almışdısa, erməni tərəfi ən azı bunun yarısı qədər texnika almalıydı”. /axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*