Paşinyanın QORXUSU: “Rusiyanın müharibəyə başının qarışması regionda sabitlik POZULACAQ”backend

Paşinyanın QORXUSU: "Rusiyanın müharibəyə başının qarışması regionda sabitlik POZULACAQ"

Paşinyan Rusiyanın Ukraynadakı müharibə ilə məşğul olması səbəbindən regionda “sabitliyin pozulmasından” qorxur.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan WEF-in Vladivostokda keçirilən iclasında bildirib.

Ermənistan Rusiyanın Ukraynadakı müharibəyə “başının qarışması” səbəbindən regionda vəziyyətin sabitliyinin pozulmasından ehtiyat edir.

“Bütün dünyanın və Rusiya Federasiyasının strateji tərəfdaşının diqqəti Ukrayna ətrafındakı vəziyyətə yönələndə bunun Cənubi Qafqaz regionunda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı qorxular var”, – Paşinyan deyib.

O, vəziyyətin tezliklə düzələcəyinə ümid etdiyini bildirib.

“Rusiya Federasiyası ilə sıx koordinasiya şəraitində qlobal təhlükəsizlik üçün çox vacib olan regional vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq”, – deyə o əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*