“Past”: Paşinyan istefa və erkən seçki məsələlərini nəzərdən keçirirbackend

"Past": Paşinyan istefa və erkən seçki məsələlərini nəzərdən keçirir

Dünən axşam Nikol Paşinyan “Mənim addımım” fraksiyasının deputatları ilə parlamentin iclas otağında gecə yarısına qədər qapalı bir görüş keçirib. Hətta təhlükəsizlik işçilərinə ərazini tərk etmələri əmr edilib. Paşinyan komandaya güvəndiyini və bu təlatüm mərhələsini birgə aşa biləcəklərini deyib.

KONKRET.az xəbər verir ki,  bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb. Məlumatda deyilir ki: “Erkən seçkilərin keçirilməsi məsələsi ehtiyat variant kimi müzakirə olunub. Paşinyan komandanın vahid namizəd ətrafında bir konsensus əldə edəcəyi təqdirdə istefaya hazır olduğunu qeyd edib. Eyni zamanda o, heç kimin namizəd göstərmək istəmədiyini vurğulayıb”.

Qəzetin yazdığına görə, hazırda hakim fraksiyadan ayrılmağa və  baş nazirliyə yeni namizədliyini irəli sürən müxalifətçiləri dəstəkləməyə hazır olan 20-yə yaxın deputat var.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*