Paytaxtda çeçenin döyülməsinin təfərrüatları məlum oldu – VİDEObackend

Paytaxtda çeçenin döyülməsinin təfərrüatları məlum oldu - VİDEO

Bu hadisədə iştirak edən şəxslər Qazaxıstan vətəndaşlarıdır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələr üzrə bürosu xəbər verir ki, Nur Sultan şəhər polis departamenti Çeçenistanın Argun şəhərinin keçmiş polis rəisi Əyub Katayevin Qazaxıstanda döyülməsi barədə məlumatı təkzib edib.

Daha əvvəl internetdə naməlum insanlar arasında baş verən əlbəyaxa dalaşma videosu yayılmışdı, nəticədə onlardan biri döyülmüşdü. Rusiya mediası hadisənin Qazaxıstanda baş verdiyini və qurbanın keçmiş çeçen polis işçisi olduğunu yazmışdı.

Bu xəbər Nur Sultan polis departamentində təkzib edilib. Bildirilir ki, video həqiqətən də paytaxt kafelərindən birinin girişində çəkilib və videonun bütün qəhrəmanları Qazaxıstan vətəndaşlarıdır. Hadisə noyabrın 4-də baş verib, hazırda məhkəməyə qədər istintaq aparılır: “Sözləri çəp gələn iki adam arasında münaqişə zamanı 33 yaşlı kişi 41 yaşlı yerli sakinin üzünə zərbələr endirib. Bu hadisədə iştirak edən şəxslər Qazaxıstan vətəndaşlarıdır. Rusiya portalının yaydığı məlumat həqiqətə uyğun deyil”.

Şübhəli şəxs tutularaq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Polis əlində tapançaya bənzər bir şey tutan başqa bir adamı da axtarır. Həbsindən sonra onun hərəkətlərinə hüquqi qiymət veriləcək.

Zamanho portalının verdiyi məlumata görə, Əyub Katayev onun göstərişləri ilə yerli sakinlərin qaçırılması və işgəncələrə məruz qalması barədə məlumatlar yayıldıqdan sonra vəzifəsindən azad edilmişdi. 2017-ci ildə ABŞ polis kapitanı Katayevi “məhkəmədənkənar qətllər, işgəncələr və digər insan hüquqlarının pozulmasında” iştirak etdiyi üçün “qara siyahı”ya daxil etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*