Peşə və orta ixtisas müəssisələrinə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ!backend

Peşə və orta ixtisas müəssisələrinə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ!

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*