Peyvənd olunanlara karantin qadağaları TƏTBİQ EDİLMƏYƏCƏKbackend

Peyvənd olunanlara karantin qadağaları TƏTBİQ EDİLMƏYƏCƏK

Türkiyə Səhiyyə Nazirliyi koronavirus infeksiyasına nəzarət üzrə təlimatlara dəyişikliklər edib.

KONKRET.az xəbər verir ki, nazirliyin təyin etdiyi qaydalara əsasən, ölkədə koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edən şəxslərə karantin tətbiq olunmayacaq.

Vaksinin hər iki dozası ilə peyvəndlənmiş şəxslər digər xəstələrlə təmasda olsalar belə, karantin zəruri sayılmayacaq.

Bu qayda koronavirusun CAR və Braziliya variantlarına yoluxmuş şəxslərə şamil olunmayacaq.

Bundan başqa, koronavirusa yoluxub sağalmış şəxslərin növbəti 3 ay ərzində karantində qalması zəruri hesab olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*