“Peyvənd soyqırımını dayandırın” – Bu Avropa ölkəsində ETİRAZLARbackend

"Peyvənd soyqırımını dayandırın" - Bu Avropa ölkəsində ETİRAZLAR

Avstriyanın paytaxtı Vyanada koronavirus əleyhinə etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, aksiya zamanı polislə vətəndaşlar arasında qarşıdurma yaranıb. Belə ki, vyananılar “Peyvənd soyqırımını dayandırın”, “(Baş nazir Sebastian) Kurz getməlidir” plakatları ilə etirazlarını bildiriblər.

Nümayişçilər daha sonra şəhərin ən vacib dairəvi yolunu bağlayaraq yürüş ediblər.

Etiraz səbəbiylə şəhərin bəzi yerlərində nəqliyyat ciddi şəkildə pozulub, bir qrup müxalif nümayişçi pandemiyanı bəhanə edərək nümayiş keçirən ifrat sağçı və irqçi qruplara etiraz edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*