Peyvəndlərin çatdırılması üçün nəzərdə tutulan dronlar – VİDEObackend

Peyvəndlərin çatdırılması üçün nəzərdə tutulan dronlar - VİDEO

İşlər infrastrukturu olan inkişaf etmiş ölkələr COVID-19 vaksinasiya proqramından qarışıq, lakin getdikcə müsbət nəticələr əldə edirlər. Lakin ən ucqar yerlərə həyat qurtaran dərmanların çatdırılması problem olaraq qalır.

KONKRET.az xəbər verir ki, İrlandiya üzərində uçan bu dron bir gün planetimizin ən ucqar hissələrində saysız-hesabsız həyatları qurtarmağa yardım edə bilər. “Wingcopter”in baş icraçı direktoru Tom Pluemmer deyir ki, Almaniyanın Veiterşausen şəhərindəki bu təsisdə mexaniki avadanlıqla missiya bir araya gətirilir.

“Bu həddindən artıq səmərəliyi olan unikal bir drondur. Bu məsələnin texnoloji tərəfidir. Digər yandan biz dron texnologiyasından dərmanları və ya başqa tibbi ləvazimatları daha sürətli şəkildə çatdırmaq istəyirdik”, – Pluemmer bildirir.

Pluemmer deyir ki, o, Qərbi Afrikada iki il keçirəndən və hətta kiçik əngəllərin belə böyük problemlərə səbəb olduğunu görəndən sonra təchizat zəncirini düzəltməyə qərar verib. Bu səbəblə də o, dünyanın ən ucqar yerlərinə tibbi ləvazimatlar çatdıra bilən dron inkişaf etdirib və hətta UNICEF kimi təşkilatlarla əməkdaşlıq edib və ekstremal hava şəraitində test uçuşları aparıb.

“Dron çox güclü küləkdə də işləyir. Dronun frlanmasını, vertikal şəkildə havaya qalxmasını və uzun məsafə uçmasını təmin edən əyilən rotor texnologiyamız onun hər şəraitdə, mühitdə və dünyadakı hər yerdə uçmasına imkan verir,” Pluemmer söyləyir.

Pluemmer deyir ki, Wingcopter müxtəlif ölkələrdə səhiyyə nazirlikləri və logistika tərəfdaşları ilə danışıqlar aparır. Hazırda şirkət COVID-19 vaksinini Cənubşərqi Asiyaya, habelə Afrikanın bəzi hissələrinə çatdırmaq istəyir. Pluemmerin sözlərinə görə, hər iki region vaksinlərin daha sürətli çatdırılması üçün qlobal həll yolunun əsasını təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*