“Mən istəyirəm ki, Türkiyə və Azərbaycan buna aydın şəkildə cavab versin. Həm də bəyanatlarla deyil, əməllərlə. Onlar erməni xalqını, erməni dövlətçiliyini məhv etmək istəyirlər, soyqırım siyasətini davam etdirmək istəyirlər?”.
KONKRET.az xəbər verir ki, bu cür sərsəm açıqlama ilə baş nazir Nikol Paşinyan 23 noyabr tarixli müsahibəsində çıxış edib.
Erməni praqmatistləri (Pragmatizm: Reallığa və fəaliyyətə yönəlmiş, əməli nəticələr üçün təfəkkür əsasında qurulan fəlsəfi hərəkatdır) isə hadisələri və Paşinyanın açıqlamasını fərqli şəkildə şərh edirlər: “Paşinyanın dilindən belə bir sadəlövh açıqlamanın edilməsinə baxmayaraq, reallıqda baş nazir şüuraltı da olsa, hər bir erməninin vermək istədiyi əsas sualı səsləndirib. Ermənistanın müttəfiqləri”nin susqunluğu şəraitində (Rusiyanın rutin bəyanatları və ya fransız populistlərinin İrəvana səfərləri nəzərə alınmır) yeganə seçim cəlladlarınızdan onların yaxın gələcəkdəki planları barədə birbaşa soruşmaqdır”.
“Paşinyanın məntiqinə görə, Mövlud Çavuşoğlu və Vahan Hunanyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi elçilərin təyin edilməsi haqda bəyanatları Türkiyənin “erməni məsələsi”nin həlli planlarını güc yolu ilə başa çatdırmaqdan vaz keçməyə hazır olduğunun göstəricisidir. Görünən odur ki, Paşinyan hökuməti və Ermənistan əhalisi bu “saman çöpü”ndən yapışacaq. Çünki insana həmişə ümid lazımdır. Yaxud ermənilərdə olduğu kimi, ümid illüziyası. Yüz minlərlə erməninin türk konvoyunun müşayiəti ilə Deyr əz-Zor səhrasını keçərək öz ölümünü qarşılamaq üçün getdiyi ümid illüziyası”.
“Tarixi paradiqmanın dəyişib-dəyişməyəcəyini zaman göstərəcək. Lakin intuitiv şəkildə təxmin etmək olar ki, xüsusi nümayəndələr və ya dekorativ qurumlar regionda erməni kimliyinə qarşı son repressiya aktının qarşısını heç bir şəkildə ala bilməyəcək. Plan 2020-ci ilin sentyabrında qüvvəyə minib və türk tandemi tərəfindən inamla həyata keçirilir. Diplomatik hiylələr planın bir hissəsidir və onu tamamlamaqdan vaz keçildiyi anlamına gəlməməlidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
