Planetlərin BÜRCLƏRƏ təsiri: “Buna görə bəziləri filosof, bir qismi biznesmen olur” – SİYAHIbackend

Planetlərin BÜRCLƏRƏ təsiri: "Buna görə bəziləri filosof, bir qismi biznesmen olur" - SİYAHI

Bütün bürclər öz himayədarı olan planetin təsirindədir. Astroloqların fikrincə, sözügedən təsir insanların hər sferasında hiss olunur:

“Buna görə bəziləri filosof, bir qismi biznesmen olur”.

KONKRET.az xəbər verir ki, bəzi bürclərin iki himayəçi planeti olduğundan daha şanslıdırlar.

Günəş (Şir)

Güclü günəş enerjisi Şirləri daxilən qüvvətli edir və onlar xarizmaları ilə ətrafdakıları fəth edə bilirlər. Bu bürcün nümayəndələrindən yaxşı siyasətçi, psixoloq və müəllim çıxır. Artistizm və kreativlikləri onları tədbir təşkilatçısı da edə bilər.

Ay (Xərçəng)

İntuisiya və emosionallığa görə Xərçənglər aya borcludur. Bu da yaradıcılığa yol açır. Onlar yaxşı rəssam, yazıçı və dizayner ola bilərlər. Uşaq sevdikləri üçün psixologiya və pedaqoqika da Xərçənglərə uyğundur.

Merkuri (Əkizlər, Qız)

Bilik, ticarət və səyahət planeti olan Merkuri himayə etdiyi bürcləri oratorluq, intelektual bacarıqlarla əhatə edir. Əkizlər və Qız bürcü diplomatiya, jurnalistika, yazıçılıq və tərcümə işlərində uğur qazana bilərlər.

Venera (Buğa, Tərəzi)

Sevgi, gözəllik və pul planeti olan Veneranın himayə etdiyi bu bürclər özlərini incəsənətdə sınaya bilərlər. Motivasiyaları yerində olanda yaxşı pul qazanmaq bacarıqları var.

Mars (Qoç, Əqrəb)

Bu planet himayəsində olan bürclərə liderlik bacarığı və cəsarət bəxş edir. Onlar karyera uğurları qazanırlar və yaxşı rəhbər, sahibkar ola bilərlər.

Yupiter (Oxatan, Balıq)

Var-dövlət və xoşbəxtlik planeti olan Yupiter himayə etdiyi bürcləri optimizm, liderlik xüsusiyyətləri ilə əhatələyir. Oxatanlardan yaxşı müəllim və filosof alınır. Balıqlar isə Yupiterin sayəsində çətin durumdan çıxıb inkişafa nail ola bilirlər.

Saturn (Oğlaq, Dolça)

Ciddi planet olan Saturn himayə etdiyi bürcləri inadkarlıqla gücləndirir ki, onlar məqsədlərinə çatsınlar. Oğlaq karyera uğurlarına irəliləyirsə, Dolça ən riskli layihələrdə uğur qazanır.

Uran (Dolça)

Bu planet qeyri-adi və novator ideyalar mənbəyidir. Ona görə də Dolçalar arasında alim, kəşflər edənlər çoxdur.

Neptun (Balıqlar)

Sirlər planeti Balıqların daxili aləmini zənginləşdirir. Foto və video kimi yaradıcı sahələrdə uğurludurlar. Psixologiya nailiyyətləri də onlar üçün əlçatandır.

Pluton (Əqrəb)

Planet kateqoriyasından çıxarılsa da, bürclərə, ələlxüsus da Əqrəbə təsiri var. İslahatlar planeti Əqrəbə pozitiv olduğu kimi neqativ təsirlər də etmək iqtidarındadır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*