Polis mayoru həbs edildi – Rüşvətə görə – ERMƏNİSTANDAbackend

Polis mayoru həbs edildi - Rüşvətə görə - ERMƏNİSTANDA

Ermənistan Milli Təhlükəsizlik Xidməti polis mayorunu rüşvət aldığına görə həbs edib.

KONKRET.az xəbər verir ki, Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat zamanı polis mayoru rüşvəl almaq istədiyi şəxsi mühakimə etməməyin qarşılığında 5 min dollar tələb edib. Qarşı tərəf verəcəyi rüşvətin miqdarını 4 min dollara qədər endirə bilib. O, bir neçə saat ərzində tələb olunan məbləğin yarısını, qalan pulu isə sonra tapacağına söz verib.

Rəsmi açıqlamada deyilir ki, sonradan erməni şəxs rüşvət verməyin də cinayət əməli olduğunu başa düşərək Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Xidmət əməkdaşları polis mayorunu cinayət başında yaxalayıb.

Hazırda araşdırma aparılır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*