Polis sürücülərə bayraq bağışladı – FOTObackend

Polis sürücülərə bayraq bağışladı – FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə maraqlı aksiya təşkil ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki yollarda sürücülərə bayraqlar təqdim olunub. Saxlanılan sürücülər də onlara belə bir gündə üçrəngli bayrağımızın təqdim edilməsini yüksək qiymətləndiriblər və polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Yol Polisi əməkdaşları eyni zamanda COVID-19 infeksiyasına qarşı mübarizə çərçivəsində saxlanılan sürücülərə tibbi maskalar da paylayaraq sağlam qalmağı tövsiyyə ediblər.

Aksiya gün boyu davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*