“Politik.am”: Moskva nə qədər müşahidəçi rolunda qalacaq?backend

“Politik.am”: Moskva nə qədər müşahidəçi rolunda qalacaq?

Azəraycanın Müdafiə Nazirliyi bildirib ki, yaşayış məntəqələrini atəşə tutan Ermənistana məxsus OTRK-lar məhv edilib.

KONKRET.az-ın məlumatına görə, “Politik.am” nəşri yazır ki, Azərbaycanın bu sözlərindən sonra ən azından güman olunan idi ki, təhlükəsizlik sahəsinin məsələlərinə görə cavabdeh olan KTMT nəhayət regional hərbi-siyasi inteqrasion birlik olaraq nəsə edəcək.

“Lakin məlum olur ki, bənzər gözləntiyə malik olan bizlər ümidsiz idealistlər hesab edilirik. Məsələn, NATO üzvü olan hansısa bir ölkənin ərazisinə zərbə olsaydı, ittifaqın adekvat cavab verməsi üçün neçə dəqiqə tələb olunacağını təsəvvür etmək çətindir.

Kremlin mətbuat katibi Dmitri Peskov dünən KTMT-nin və xüsusən Rusiyanın artıq biabırçı vəziyyətə düşən heç nə etməmək ağır atmosferini dağıtmağa çalışdı, lakin səssiz qalsaydı, daha yaxşı olardı, çünki ən azından bu məsələ üzrə səssiz qalmaq halında ağıllı insan təəssüratı yaranardı. Beləliklə, Peskov nə çox, nə az həqiqətə nə qədər uyğun olub-olmadığının məlum olması üçün Azərbaycanın Ermənistan ərazisinə zərbə vurmaq barədə etiraf ifadəsini hərbçilərin yoxlamasına qədər gözləməyə çağırıb.

Yəni, belə bir vəziyyətə sahib ki, qatil polisə gedir və polisdə artıq çoxdan məlum olan qətl haqqında etiraf ifadəsi verir, ona inanmırlar və deyirlər ki, get evə, biz sənin sözlərinin gerçəkliyini yoxlayacağıq. Bu, artıq həm də sağlam düşüncə sərhədlərindən kənardır. Lakin, necə deyərlər, gələcək üçün nəzərdə tutmağı buraxaq və ritorik olsa da, sadə bir sual verək: bəs hələ nə qədər Moskva müşahidəçi rolunda qalacaq, hələ nə qədər Moskva üzünə tüpürməyi yağış hesab edəcək?

Və məgər artıq ABŞ-ın İsrail üçün olduğu kimi Rusiyanın timsalında müttəfiqə, özü də strateji müttəfiqə sahib olmadığımızı başa düşməyin zamanı deyil? Bunlar hazırkı müharibəmizin qələbə ilə başa çatmasından sonra müzakirədə olmalı olan suallardır”, – deyə nəşr yazıb.

Mənbə: ordu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*