Polşa və müttəfiqləri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar döyüş təyyarələrini havaya qaldırıb.
KONKRET.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X sosial şəbəkəsində bəyanat yayıb.
Bəyanatda Rusiyaya xəbərdarlıq edilib:
“Bu gecə (11 aprel 2024-cü il) Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının fəallığı artır”.
Polşa Silahlı Qüvvələri son həftələrdə dəfələrlə belə bir addım atıb. Xatırladaq ki, martın 24-də Polşa ordusunun əməliyyat komandanlığı Ukrayna ilə sərhəddə ölkənin hava məkanının pozulması barədə məlumat verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az